Avropa çempionatı: Son 4 azərbaycanlı mübarizəyə başlayır

18 Aprel 2021 13:20 Cüdo 526
Avropa çempionatı: Son 4 azərbaycanlı mübarizəyə başlayır

Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatının son yarış günündə Azərbaycanın 4 cüdoçusu mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, 100 kq çəki dərəcəsindəki Zelim Kotsoyev və Elmar Qasımovun ilk görüşü 1/16 finala təsadüf edəcək.

100 kq-dan yuxarı kişi cüdoçu Uşangi Kokauri və yeganə qadın cüdoçu İrina Kindzerska yarışa 1/8 finaldan başlayacaq.

Hələlik Azərbaycan cüdoçularından yalnız Kəramət Hüseynov 60 kq çəki dərəcəsində bürünc medalla kifayətlənib.

18 aprel

Kişilər

100 kq

1/16 final. Zelim Kotsoyev - Aaron Fara (Avstriya)

1/16 final. Elmar Qasımov - Toma Nikiforov (Belçika)

+100 kq

1/8 final. Uşangi Kokauri - Daniel Allerstorfer (Avstriya) / İvan Çoviç (Xorvatiya) cütünün qalibi

Qadınlar

+78 kq

1/8 final. İrina Kindzerska - Lea Fonteyn (Fransa)

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”