Komandamız "Böyük Dəbilqə"nin son günündə də medalsız qaldı

21 Fevral 2021 01:52 Cüdo 614
Komandamız "Böyük Dəbilqə"nin son günündə də medalsız qaldı

Azərbaycan cüdoçuları Məmmədəli Mehdiyev və Zelim Kotsoyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqənin son günündə bürünc medal görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən Mehdiyev Gürcüstan təmsilçisi Beka Gviniaşvili ilə üz-üzə gəlib.

İpponla uduzan Mehdiyev medal şansını əldən verib və 5-ci olub.

100 kq-dakı Zelim Kotsoyev isə bürünc medal uğrunda rusiyalı Niiaz İliasovla qarşılaşıb. O da Mehdiyev kimi məğlub olub və turniri 5-ci pillədə başa vurub.

Bu gün tatamiyə çıxan cüdoçulardan +100 kq-da Uşangi Kokauri Ben Spiykersə (Niderland), Camal Feyziyev isə Serafim Kompanyesə (İsrail) məğlub olub.

Yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Davud Məmmədsoy (60 kq) qızıl medal qazanıb. 66 kq-dakı Nicat Şıxəlizadə yeddinci olub. Yığma ikinci günü medalsız başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!