“Qarabağ” hələ mənə yeni müqavilə təklif etməyib”

12 May 2020 21:00 Digər növlər 867
“Qarabağ” hələ mənə yeni müqavilə təklif etməyib”

Qarabağ”ın futbolçusu Araz Abdullayevin gələcək karyerasına aydınlıq gəlmək üzrədir.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu Yunanıstana - “Panionios”ə qayıtmayacaq.

Buna səbəb onun 2018-ci ilin iyulun 7-də Afina klubu ilə bağladığı iki illik müqavilənin müddətinin başa çatmasıdır.

Araz Abdullayevin “Qarabağ”da qalmayacağı da dəqiqdir. Onun Ağdam klubu ilə 2018-ci ilin avqustun 31-də bağladığı icarə müqaviləsinin müddəti başa çatır. O, açıqlamasında karyerası ilə bağlı heç nəyin bilinmədiyini qeyd edib (oxu.az):

“Qarabağ” mənə yeni müqavilə təklif etməyib. Hələ heç nə bilinmir. Düzdür, Yunanıstan klubu ilə də müqaviləm başa çatır. Amma karyeramı xaricdə davam etdirməyimlə bağlı yazılanlar doğru deyil. Hazırda gözləmə mövqeyindəyəm. Görək, bu işlərin sonu necə olur”.

Digər Xəbərlər
Xəbər Lenti