Çempionlar Liqasında qrup mərhələsinin oyunları təxirə salındı

3 Mart 2020 00:28 Çempionlar Liqası 877
Çempionlar Liqasında qrup mərhələsinin oyunları təxirə salındı

Asiya Çempionlar Liqasında qrup mərhələsinin oyunları təxirə salınıb.

Sportinfo.az Asiya Futbol Konfederasiyasının (AFC) rəsmi saytına istinadən xəbər verir ki, mart və aprel aylarına planlaşdırılan matçların baş tutmamasına səbəb koronavirus epidemiyasının yayılmasıdır.

Qrup mərhələsinin qarşılaşmaları 19 - 24 mayda, pley-off oyunları isə avqustda olacaq. Daha öncə İran və Cənubi Koreya təmsilçilərinin turnirdəki görüşləri təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti