"Napoli" "Liverpul"a, "Borussiya" "Barselona"ya qarşı

27 Noyabr 2019 10:50 Çempionlar Liqası 640
"Napoli" "Liverpul"a, "Borussiya" "Barselona"ya qarşı

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun həyəcanı bu axşam da davam edəcək. Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə daha 8 qarşılaşma baş tutacaq və bir neçə klub da 1/8 finala çıxmasını qarantiləyə bilər.

ÇL-in hazırkı qalibi "Liverpul" İngiltərədə "Napoli"ni sınağa çəkəcək. Mersisayd təmsilçisi qələbə qazansa, digər görüşün nəticəsindən asılı olmayaraq, 1/8 finala yüksələcək.

F qrupunda lider "Barselona"nın Dortmund "Borussiya"sı ilə görüşündə görüşdə qələbə qazanan tərəf növbəti mərhələyə vəsiqəni təmin edəcək. "İnter" isə şanslarını qorumaq üçün mütləq rəqibini məğlub etməlidir.

"Zenit" doğma meydanda "Lion"a uduzsa, fransızlar 1/8 finala çıxacaqlar.

H qrupunda 3 komandanın 7 xalı var. "Çelsi" bu gün 3 xala sevinsə, qrupdan çıxmasını qarantiləyəcək. Çünki şəxsi oyunlarda rəqiblərindən üstündür. "Valensiya" da qalib gələcəyi halda 1/8 finala çıxacaq.

Çempionlar Liqası. Qrup mərhələsi. 5-ci tur

27 noyabr

H qrupu

21:55 "Valensiya" (İspaniya) – "Çelsi" (İngiltərə)
00:00 "Lill" (Fransa) – "Ayaks" (Niderland)

1 Ayaks 4 2 1 1 10-5 7
2 Çelsi 4 2 1 1 7-6 7
3 Valensiya 4 2 1 1 6-5 7
4 Lill 4 0 1 3 3-10 1

G qrupu

21:55 "Zenit" (Rusiya) – "Lion" (Fransa)
00:00 "Leypsiq" (Almaniya) – "Benfika" (Portuqaliya)

1 Leypsiq 4 3 0 1 6-4 9
2 Lion 4 2 1 1 7-4 7
3 Zenit 4 1 1 2 5-6 4
4 Benfika 4 1 0 3 5-9 3

F qrupu

00:00 "Barselona" (İspaniya) – "Borussiya" (Dortmund, Almaniya)
00:00 "Slaviya" (Praqa, Çexiya) – "İnter" (İtaliya)

1 Barselona 4 2 2 0 4-2 8
2 Borussiya D. 4 2 1 1 5-4 7
3 İnter 4 1 1 2 6-6 4
4 Slaviya 4 0 2 2 2-5 2

E qrupu

00:00 "Genk" (Belçika) – "Zalsburq" (Avstriya)
00:00 "Liverpul" (İngiltərə) – "Napoli" (İtaliya)

1 Liverpul 4 3 0 1 10-7 9
2 Napoli 4 2 2 0 6-3 8
3 Zalsburq 4 1 1 2 12-10 4
4 Genk 4 0 1 3 4-12 1

Bombardir: Erlinq Haland ("Zalsburq") – 7 qol.

Digər Xəbərlər
Xəbər Lenti