"Fənərbaxça" İstanbulda "Lion"la üz-üzə gələcək - ÇL-də pley-off bu gün başlayır

"Fənərbaxça" İstanbulda "Lion"la üz-üzə gələcək - ÇL-də pley-off bu gün başlayır

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk günündə 3 matç keçiriləcək.

"Dinamo" Zaqrebdə Norveç "Vikinq"i ilə qarşılaşacaq. "Levski" Yunanıstan AEK-ini qəbul edəcək.

Türkiyə təmsilçisi "Fənərbaxça" isə İstanbulda "Lion"la üz-üzə gələcək. Oyunların hamısı saat 23:00-da başlayacaq.

Qeyd edək ki, pley-offun digər 4 ilk matçı sabah keçiriləcək. Azərbaycan çempionu "Sabah" İsrailin "Hapoel" komandası ilə qarşılaşacaq.

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Vikinq" (Norveç)

23:00. "Levski" (Bolqarıstan) - AEK (Yunanıstan)

23:00. "Fənərbaxça" (Türkiyə) – "Lion" (Fransa)

19 avqust

23:00. "Seltik" (Şotlandiya) - LASK (Avstriya)

23:00. "Slovan" (Slovakiya) - "Selye" (Sloveniya)

23:00. "Hapoel" (Ber Şeva, İsrail) - "Sabah" (Azərbaycan)

23:00. "Nijmegen" (Niderland) - "Budo Qlimt" (Norveç)

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!