Azərbaycan millisinin böyük məşqçisi: “Proqnoz vermək çətindir”

04:20 Güləş 160
Azərbaycan millisinin böyük məşqçisi: “Proqnoz vermək çətindir”

17 yaşadək sərbəst güləşçilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Hacı Əliyev Bakıda keçiriləcək dünya çempionatında hər idmançıdan uğurlu nəticə gözləyir.

Sportinfo.az xəbər verir ki, mütəxəssis bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

H.Əliyev komandanın məsul yarışa hazırlığını dəyərləndirib:

"Komandamız indiyədək çoxlu təlim-məşq toplanışı keçib. Bura həm fiziki, həm də taktiki-texniki çalışmalar daxildir. Güləşçilər verilən tapşırıqları layiqincə yerinə yetiriblər. Ümid edirəm ki, bundan sonra da belə davam edəcək. Komandanın ümumi vəziyyəti çox yaxşıdır. Heyətdə Avropa çempionatının qalib və mükafatçıları yer alıb. Yaxşı hazırlıq keçmişik. Dünya çempionatında da uğurlu çıxış edəcəyimizə inanıram. Düzdür, bir neçə güləşçimizdə yüngül zədələr var. Amma bunun güləşçilərimizin qarşısını alacağını düşünmürəm. Dünya çempionatında yüksək rəqabət olur. Ona görə proqnoz vermək çətindir. Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm".

Dünya çempionatı 27 iyul – 2 avqust aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 18:30 Çək və bizə göndər!