Şakira finalda oxudu, Pike tribunadan izlədi - VİDEO

12:20 Hadisə 185
Şakira finalda oxudu, Pike tribunadan izlədi - VİDEO

Kolumbiyalı ulduz Şakira dünya çempionatının final matçının fasiləsində “Dai Dai” mahnısını ifa edərkən oğulları Milan və Saşa tribunadan analarını izləyib.

Sportinfo.az xəbər verir ki, matçda oğullara ataları – müğənninin keçmiş həyat yoldaşı və İspaniya milli komandasının sabiq futbolçusu Jerar Pike də qoşulub.

Oğulları mahnı oxumağı, rəqs etməyi və çıxışın hər anından həzz almağı bir an belə dayandırmadıqları halda Pikenin tribunada olduqca ciddi görüntüsü sosial şəbəkələrdə müzakirə olunub.

Pike və Şakira 11 illik vətəndaş nikahından sonra 2022-ci ilin yayında ayrılıblar. Buna səbəb futbolçunun müğənniyə xəyanət etməsi olub.

Ayrılıqdan sonra Pike Klara Çia ilə 3 il sevgi münasibəti yaşayıb, Şakira isə bu müddətdə daha çox ailəsinə və sənətinə vaxt ayırmağa üstünlük verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti