Ölkəmizin 4 təmsilçisi Avropa çempionatına qatılacaq

05:00 Digər növlər 145
Ölkəmizin 4 təmsilçisi Avropa çempionatına qatılacaq

Azərbaycan avarçəkənləri Macarıstanın Seqed şəhərində kayak, kanoe üzrə gənclər və 23 yaşadək idmançılar arasında keçiriləcək Avropa çempionatına qatılacaqlar.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.

Qitə çempionatına dörd idmançı qatılacaq. Kayak növündə Əlimurad Hacızadə və Amil Ramazanov, kanoedə isə Hüseyn Səmədli və Tatyana Smilovenko ölkəni təmsil edəcəklər.

Yarış iyulun 23-26-sı aralığında təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 18:30 Çək və bizə göndər!