“Çətin oyun oldu. Çox yaxşı komandaya qarşı oynadıq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Vestri” nin (İslandiya) qapıçısı Marvin Steynarsson Avropa Liqasının birinci təsnifat mərhələsində Bakıda “Qarabağ”a 0:3 hesabı ilə məğlub olduqları ilk oyun barədə danışarkən deyib.
25 yaşlı qolkiper oyunun böyük hissəsində yaxşı müdafiə olunduqlarını və Ağdam klubunun işini çətinləşdirdiklərini bildirib.
“Düşünürəm ki, çıxışımızla fəxr edə bilərik. Amma bu, mübarizənin yalnız ilk hissəsidir. Qarşıda cavab oyunu var və biz yenidən qarşılaşacağıq”, - deyə o, söyləyib.

