“Komandada olan futbolçuları saxlamaq istəyirik, olmasa, yenilərinə baxacağıq”

03:40 Hadisə 317
“Komandada olan futbolçuları saxlamaq istəyirik, olmasa, yenilərinə baxacağıq”

"İmişli" 2026/2027 mövsümündə azərbaycanlı futbolçulara üstünlük verəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun icraçı direktoru Aqşin Mürsəlov bildirib.

Bölgə təmsilçisinin rəsmisi komandanın planları və strategiyası ilə bağlı təşkil olunan mətbuat konfransında açıqlama verib:

"Ötən mövsüm yuxarı pillələrdəki komandalar digərlərindən səviyyə fərqinə görə çox seçilirdi. Yaxşı və yerli oyunçulara üstünlük vermək niyyətindəyik.

Komandada legionerlər də olacaq. Ötən mövsümdəki oyunçuların qalması da mümkündür.

Komandada olan futbolçuları saxlamaq istəyirik. Olmasa, yenilərinə baxacağıq. Azərbaycanlı oyunçulara üstünlük verməyə çalışacağıq".

Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 14-də start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 18:30 Çək və bizə göndər!