“Vestri”nin tımsalında püşk “Qarabağ”a elə bir rəqb vermişdi ki, yoxlama oyunu keçirməli olsan, heç belə sparrinq-rəqiblə qarşılaşmaq istəməzsən.
Uzun yol yorğunluğu olsa da, mövsümə pozitiv başlamaq üçün İslandiya Birinci Liqasının klubu əla variant idi.
Qurban Qurbanov “Vestri” ilə oyunlarda müxtəlif taktiki gedişləri, oyunçuları sınadı. Komandası hər oyunda 3 cavabsız qol vurdu və indi növbəti rəqibi gözləyir.
Növbəti rəqib isə bu mərhələdəki rəqiblərmiz arasında ən çətinidir - “ÇSKA Sofiya”.
“Qarabağ” Bolqarıstan futbolunun son illərdə markası sayılan “Ludoqorets”i 2 il əvvəl səfərdə 7:2-lik qələbəylə darmadağın etmişdi. İndi isə gücünü ordu klubu sayılan ÇSKA-ya göstərməlidir.
Ötənilki heyət olsaydı, “Qarabağ” haqqında daha əmin danışmaq olardı. Yenilənmiş heyətlə isə bolqarlarla oyunlara ehtiyatla yanaşmaq daha doğrudur.
“Qarabağ” ÇSKA ilə ilk matçı iyulun 23-də Bakıda keçirəcək. Həmin gün axşam saat 9-da, Respublika Stadionunda.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

