Federasiya Kuboku hansı rayonda olacaq?

21 İyul 04:10 Atçılıq 410
Federasiya Kuboku hansı rayonda olacaq?

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) 2026-cı il üçün təsdiq olunmuş idman təqvim planına əsasən iyulun 25-26-da ölkənin idman paytaxtı Qazax şəhərində velosiped idmanı üzrə Federasiya Kuboku keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə AzVİF-dən məlumat verilib.

Qazax şəhərinin mərkəzi küçələrində təşkil olunacaq yarışda respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən velosiped bölmələrinin idmançıları fərdi və qrup ötüşməsində mübarizə aparacaqlar.

İki günlük yarış proqramı çərçivəsində Qazax rayonunun yeniyetmə həvəskar velosipedçiləri üçün də xüsusi yarış təşkil olunacaq.

Yarışın məqsədi uşaqlar və yeniyetmələr arasında sağlam həyat tərzini təbliğ etmək, velosiped idmanına marağı artırmaq və bu idman növünə yeni istedadların cəlb olunmasına töhfə verməkdir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi