Yığma üzvləri qonşu ölkədə daha 26 mükafata sahib çıxdı

21 İyul 04:50 Digər növlər 449
Yığma üzvləri qonşu ölkədə daha 26 mükafata sahib çıxdı

Azərbaycan üzgüçüləri Gürcüstanın Kutaisi şəhərində keçirilən beynəlxalq turniri 33 medalla başa vurublar.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.

Yığma üzvləri yarışda daha 26 mükafata sahib çıxıblar. Turnirin ilk günündə milli komanda 7 medal qazanıb.

Bundan əlavə, Fatimə Alkərəmova Belarusun paytaxtı Minsk şəhərində baş tutmuş Belarus Açıq Üzgüçülük Kubokunda 3-cü yeri tutub. İdmançı qarışıq üsul ilə 400 metr məsafəni 5:11.93 vaxta qət edərək bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti