10 ölkədən 87 klubu təmsil edən 329 nəfər Bakıda qüvvəsini sınayacaq

04:30 Cüdo 159
10 ölkədən 87 klubu təmsil edən 329 nəfər Bakıda qüvvəsini sınayacaq

İyulun 25-26-da Bakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışda 10 ölkədən 87 klubu təmsil edən 329 cüdoçu (281 oğlan, 48 qız) qüvvəsini sınayacaq.

Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə idmançılar U-14 və U-16 yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.

İiyulun 24-26-da yarış iştirakçıları üçün Kodokan mütəxəssisi, ikiqat Olimpiya mükafatçısı, üçqat dünya çempionu Misato Nakamura və Olimpiya mükafatçısı Mariya Çentrakkionun rəhbərliyi ilə texniki seminarlar təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 18:30 Çək və bizə göndər!