“Aston Villa” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Birmingem təmsilçisinin mətbuat xidməti “Vulverhempton”un yarımmüdafiəçisi Joao Qomesin transfer olunduğunu açıqlayıb.
Klub 25 yaşlı futbolçu ilə imzalanan müqavilənin detallarını açıqlamayıb. Britaniya mətbuatının yaydığı məlumata görə, transferin dəyəri 40 milyon avro təşkil edib.
Bundan əlavə, “Vulverhempton” bonuslar şəklində daha 5 milyon avro qazana bilər.
Beləliklə, braziliyalı yarımmüdafiəçinin keçidi “Aston Villa” tarixinin ən bahalı beşinci transferi kimi qeydə alınıb.
Qomes 2025/26 mövsümündə “Vulverhempton”un heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. O, Braziliya millisinin heyətində 10 oyun keçirib.

