«Şəfa» rəhbərliyi əvəzedici heyətə yeni baş məşqçi təyin edib.
Paytaxt təmsilçisinin «dubl»u Rasim Əliyevə tapşırılıb.
İllər öncə «Turan Tovuz» çalışdırmış mütəxəssis «Şəfa»ya iyunda gəlib.
O, ötən 1 ayda klubda Uşaq-Gənclər Futbolunun İnkişaf Departamentinin rəhbəri vəzifəsini yerinə yetirib.
A kateqoriyalı mütəxəssisin son iş yeri «Şəmkir» olub. O, ötən ilin payızında sükanı arxasına keçdiyi II Liqa komandasında 3 ay işləyib və istefa verib.
SPORTİNFO.AZ


