Azərbaycan və Lesoto federasiyaları əməkdaşlıq memorandumu imzaladı - FOTOLAR

08:10 Digər növlər 143
Azərbaycan və Lesoto federasiyaları əməkdaşlıq memorandumu imzaladı - FOTOLAR

Azərbaycan Gimnastika Federasiyası ilə Lesoto Gimnastika Federasiyası arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Sportinfo.az xəbər verir ki, sənədi Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə və Lesoto Gimnastika Federasiyasının prezidenti Xeola Makutioano imzalayıblar.

Memorandum gimnastikanın inkişafı və təbliği, federasiyalar arasında əlaqələrin möhkəmləndirilməsi, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur.

Əməkdaşlığın tərəflərin gimnastika sahəsində bilik və təcrübələrini bölüşməsinə, birgə təşəbbüslərin həyata keçirilməsinə və beynəlxalq əlaqələrin genişləndirilməsinə töhfə verəcəyi qeyd olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti