6 saat təyyarədə, 2 saat avtobusda – Yorucu səfər

20 İyul 21:20 Zirə 524
6 saat təyyarədə, 2 saat avtobusda – Yorucu səfər

Konfrans Liqasında inamlı çıxışla yadda qalan “Zirə” növbəti səfərə hazırlaşır.

“Qartallar” 2-ci mərhələ çərçivəsində “Payde” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Sportinfo.az “Zirə”nin Estoniyaya səfər planını təqdim edir.

Qəsəbə təmsilçisi vətəni oyundan iki gün əvvəl – iyulun 21-də, günorta saatlarında tərk edəcək.

Nümayəndə heyəti çarter reysli təyyarə ilə Bakıdan Tallinə uçacaq (təxminən 6 saat). Paytaxtdan Pyarnu şəhərinə olan təxminən 2 saatlıq məsafə isə avtobusla qət olunacaq.

Həmin gün yol yorğunluğunu candan atmağa çalışacaq futbolçular ertəsi, yəni iyulun 22-də oyunun keçiriləcəyi stadionda mattçöncəsi son məşqinə çıxacaq.

İyulun 23-də “Rannastaadion”da baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə 20:00-da çalınacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 18:30 Çək və bizə göndər!