Premyer Liqa təmsilçisi yeni məşqçi ilə əməkdaşlığa başladı

21 İyul 01:10 Hadisə 412
Premyer Liqa təmsilçisi yeni məşqçi ilə əməkdaşlığa başladı

“İmişli” fiziki hazırlıq üzrə məşqçi Elmir Cəbrayılov ilə əməkdaşlığa başlayıb.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis daha əvvəl “Şəfa” FK-da fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərib.

Bölgə təmsilçisi açıqlamasında bildirib:

"Klub olaraq inanırıq ki, Elmir Cəbrayılovun peşəkarlığı, zəngin təcrübəsi və iş prinsipləri komandamızın inkişafına, futbolçuların fiziki hazırlığının daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcək".

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM