Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ" İslandiyanın "Vestri" klubunu 3:0 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, "Vestri" klubunun baş məşqçisi Daniel Osafo-Badu matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:
"Çox çətin oyun oldu. "Qarabağ" öz keyfiyyətini göstərdi. Lakin oyunçularımın nümayiş etdirdiyi futboldan razıyam və onlarla fəxr edirəm. Yaxşı müdafiə olunduq. Buraxdığımız üç qoldan ikisi fərdi səhvlərimizdən irəli gəldi. Ümumilikdə isə futbolçularımdan razıyam".
- Sanki daha böyükhesablı məğlubiyyətdən ehtiyat edirdiniz?
- Xeyr, Səhv başa düşülməsin. Mən nəticədən məmnun qalmadım. Sadəcə qazandığımız təcrübədən və oyunçularımın nümayiş etdirdiyi performansından razı qaldım.
- Növbəti matç üçün nələri dəyişməyi planlaşdırırsınız?
- Hazırlaşmaq üçün vaxtımız var. Buna ciddi fokuslanmalıyıq. Həm oyun keyfiyyətimizi, həm də topla oynamaq bacarığımızı daha da artırmalıyıq.
- Oyunçularınızdan konkret hansı məqamlarda razı qaldınız?
- "Qarabağ" fantastik oynadı. Onlara qarşı mübarizə aparmaq çox çətindir. Rəqib verdiyimiz boşluqlardan dərhal yararlandı. Eşitmişdim ki, kimlərsə "Qarabağ"ın bizə 10 qol vuracağını ehtimal edirdi. Əgər ilk hissə 1:0 bitsəydi, hər şey daha fərqli ola bilərdi.

