Quluzadə "WTT Youth Contender" turnirinə qatıldı

25 İyul 05:00 Tennis 479
Quluzadə "WTT Youth Contender" turnirinə qatıldı

Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə daha bir beynəlxalq yarışa qatılıb.

Sportinfo.az xəbər verir ki, o, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Qazaxıstanın Almatı şəhərində start götürən "WTT Youth Contender" turnirində mübarizə aparacaq.

Bu gün başlayan beynəlxalq yarışa iyulun 27-də yekun vurulacaq.

Onur Quluzadə bir neçə gün öncə Portuqaliyada təşkil olunan Avropa çempionatından bürünc medalla dönmüsdü.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada