UEFA məşhur hakimi “Qarabağ”ın oyununa göndərdi

UEFA məşhur hakimi “Qarabağ”ın oyununa göndərdi

Çempionlar Liqasının 5-ci turunun “Napoli” - “Qarabağ” matçına təyinatları açıqlayıb.

Sportinfo.az bu haqda qurumun saytına istinadən xəbər verir.

Görüşü Polşa Futbol Federasiyasından Şimon Marçinyak idərə edəcək. Ona həmyerliləri Adam Kupsik, Tomaş Listkeviç (laysmanlar), Voytsex Mlts (dördüncü hakim) kömək edəcəklər.

Niderlandlı Pol van Bukel matçın VAR, xorvatiyalı İvan Bebek isə AVAR hakimi təyin olunub.

İvan Babek Çempionlar Liqasının 3-cü turunun “Atletik” - “Qarabağ” matçının (3:1) VAR hakimi olub.

Ağdam klubu təmsilçiləri həmin oyunda bir penalti epizodunda baş hakimin və VAR-ın onların lehinə qayda pozuntusunu qeydə almamasından narazılıq ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 22:40 “Difai”dən SÜRPRİZ!