İngiltərənin məşhur klubunun adamları Bakıya kim(lər)i izləməyə gəlib?

15:40 Hadisə 200
İngiltərənin məşhur klubunun adamları Bakıya kim(lər)i izləməyə gəlib?

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə oyununu izləyənlər arasında “Tottenhem”in skautları da olub.

Sportinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, London klubunun nümayəndələri Tofiq Bəhramov adına Respublika stadionunda fransızların bir neçə futbolçusunu izləyib.

Premyer Liqa təmsilçisi, xüsusən də, Manes Akliuşu diqqət mərkəzində saxlayıb. Start heyətində meydana çıxan “Monako”nun yarımmüdafiəçisi 62 dəqiqə çıxış edib və 30-cu dəqiqədə komandasının ikinci qoluna imza atıb.

Azərbaycan – Fransa matçı qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 22:40 “Difai”dən SÜRPRİZ!