“Vəziyyət çox çətindir, deməyə söz qalmayıb” – Fransalı nələrdən gileyləndi?

15:15 Qəbələ 110
“Vəziyyət çox çətindir, deməyə söz qalmayıb” – Fransalı nələrdən gileyləndi?

“Qəbələ” yenə məzmunlu oyun göstərməklə məğlub oldu.

“Zirə” kimi təcrübəli və güclü rəqiblə qarşılaşmada qapısında yalnız 1 qol görən, rəqibinə qol fürsətləri verməyən, penaltini qaçıran bölgə təmsilçisi yekunda 0:1 hesabı ilə uduzdu.

Sportinfo.az-a açıqlama verən Kot Divuardan olan yarımmüdafiəçi Adriel Ba Lua yenilgi ilə bağlı fikirlərini dilə gətirib:

“Vəziyyət çox çətindir, çox çətin. Artıq deməyə söz qalmayıb.

Adama təsir edən bu cür oyun nümayiş etdirib uduzmaqdır. Normal oynayırıq, mübarizə aparırıq, lakin istəyimizə çata bilmirik.

Hər yenilgidən sonra baş məşqçi bizimlə söhbət edir, səhvlərimizi göstərir, ancaq yenə həmin şeylər təkrarlanır. Rəqibə penalti qazandırırıq, özümüz penaltini vura bilmirik, real şansları əldən veririk.

Bundan sonra bizi biri-birindən ağır 5 oyun gözləyir. Nələrisə dəyişməli, ya da düzəltməliyik ki, vəziyyəti qaydasına sala bilək.

Yaxşı olacağına ümid etməkdən və daha çox çalışmaqdan başqa yolumuz yoxdur”.

12 turdan sonra aktivində cəmi 5 xal olan “Qəbələ” “Karvan-Yevlax”la birlikdə son iki pilləni bölüşür.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 22:40 “Difai”dən SÜRPRİZ!