Rəşad Sadıqov bu məsələdən şikayətçidir, deyir ki... VİDEO

13:35 Zirə 107
Rəşad Sadıqov bu məsələdən şikayətçidir, deyir ki... VİDEO

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov hesab edir ki, bu mövsüm Premyer Liqada rəqabət qaydaları pozulur.

Sportinfo.az xəbər verir ki, o, bu haqda dünən “Qəbələ” ilə çempionatın 12-ci turunun oyunundan sonra təşkil edilən mətbuat konfransında bildirib.

43 yaşlı mütəxəssisi məyus edən hal “Turan Tovuz”, “İmişıi” və “Kəpəz”in rəqiblərini fərqli-fərqli meydanlarda qəbul etməsidir.

O, 13-cü turda Gəncə təmsilçisi “Kəpəz”lə oyunu Yevlaxda keçirəcəklərini bildirərək deyib:

“Bizi Yevlaxda qəbul edəcəklər. Açığı, bu mövsüm məyusedici məqamlar çoxdur.

Çox istəyərdim ki, fərqli olsun. Bilmirəm zərurətdən, ya məcburiyyətdən irəli gəlir.

"Turan Tovuz" bir çox rəqabət apardığımız komandalarla Bakıda oynayıb. Bizi 2 dəfə Tovuzda qəbul edəcək.

"İmişli" bəzi komandalarla Şamaxıda oynadı, bizi Qubada qəbul etdi. "Kəpəz" Qəbələdə oynadı, fərqli ab-havada, azarkeşlərindən uzaq yerdə. İndi isə Yevlaxda oynayacaqlar.

Dünən özümüz də gördük ki, "Kəpəz" orada istəkli idi, necə aqressiv oynayırdı. Burada söhbət sırf "Kəpəz", "İmişli" və "Turan Tovuz"dan getmir.

Sadəcə olaraq, deyirəm ki, qaydalar qoyub və elə riayət edək ki, qaydalar pozulmasın. Çünki bu, aşkar şəkildə rəqabətə təsir edir.

Bir şey demirəm. Hansısa komanda zərurətdən stadionunu dəyişibsə, bütün rəqiblərini orada qəbul etsin.

Üçüncü dövrədə isə dəyişərlər. Elə daha ədalətli olardı. Çox komanda "Kəpəz"lə Qəbələdə oynadı.

Biz Yevlaxda oynamalıyıq. Gördük ki, "Kəpəz" Yevlaxda tam fərqlidir”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 22:40 “Difai”dən SÜRPRİZ!