Masazırda bərabərlik, "Neftçi"dən şok məğlubiyyət!

23 Noyabr 2025 19:25 Premyerliqa 1 278
Masazırda bərabərlik, "Neftçi"dən şok məğlubiyyət!

Bu gün Premyer Liqada 12-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.

Günün ilk görüşü Masazırda olub. Burada "Sabah" "Şamaxı"nı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Komandaların ilk dövrədə Şamaxıda keçirilən oyununda isə "Sabah" 2:1 hesabı ilə qalib gəlmişdi.

Digər görüşdə "Neftçi" "İmişli"ni qəbul edib. Qarşılaşma qonaqların 2:3 hesablı qələbəsi ilə başa çatıb.

İlk dövrədə keçirilən "İmişli" - "Neftçi" matçında isə qapılara qol vurulmayıb - 0:0.

Turun daha öncə keçirilən görüşlərində "Kəpəz" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:2), "Zirə" "Qəbələ"ni (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşü isə heç-heçə nəticələnib - 1:1.

15:00. "Sabah" - "Şamaxı" 0:0

Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əkbər Əhmədov.

VAR: Əli Əliyev.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Anar Şıxəliyev.

"Bank Respublika Arena"

“Sabah”: 92. Stas Pokatilov 2. Amin Seydiyev (k)88. Xəyal Əliyev20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 33. Umarali Raxmonaliyev 19. Aron Maluda

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 17. Tellur Mütəllimov 46. Aleksey İsayev 10. Anatoli Nuriyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 89. Cəfər Muxtarov 11. Kahim Parris 53. Andrey Santos

Baş məşqçi: Valdas Dambrauskas

“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 7. Edqar Adilxanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 24. Sənan Muradlı 90. Davud Mənsumov 6. Antonio Lara

Baş məşqçi: Ayxan Abbasov

17:30. "Neftçi" - "İmişli" 2:3

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.

VAR: Tural Qurbanov.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

"Palms Sport Arena"

Qollar: Vinsent Abubakar, 10 (p), Emin Mahmudov, 60 //- Ezekiel Morqan, 13, Dioqo Rollo, 64, Banquera, 84

Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 45. Vensan Abubakar 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 11. İmad Faraj 10. Freddi Varqas 23. Cordan Rezabala

Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 17. Murad Xaçayev 7. Emil Səfərov 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 6. Sessi Dalmeyda 9. Bassala Sambu 27. Kristian Kostin 22. Luis Ortis

Məşqçi: Mübariz Orucov

İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Moses 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr

Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 70. Mehdi Tahirov 44. Həzrət İsayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli

Baş məşqçi: Jorj Kaşkilya

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti