"Qarabağ"ın önünə çıxmayacaq - Müdafiəçini qeydiyyatdan keçirə bilmədi

"Qarabağ"ın önünə çıxmayacaq - Müdafiəçini qeydiyyatdan keçirə bilmədi

"Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Atletik" müdafiəçisi Aymerik Laportu qeydiyyatdan keçirə bilməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Buna səbəb Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"dən transfer olunan 31 yaşlı futbolçunun sənədlərinin vaxtında müvafiq orqanlara çatdırılmaması olub.

Bu səbəbdən FIFA oyunçunun qeydiyyatını rədd edib. Qısa müddətdə qeydiyyat tamamlanmayacağı halda arxa xətt oyunçusu ilə bağlanmış müqavilənin qüvvədən düşəcəyi bildirilib.

"Qarabağ" "Atletik"lə Çempionlar Liqasının III turunda İspaniyada üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə 20:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 09:40 "Qarabağ"da yeni anlaşma