Türkiyədə federasiyada işə düzəldi, "Neftçi"yə gəlmədi - BU DA SON!

4 Sentyabr 15:00 Neftçi 1 588
Türkiyədə federasiyada işə düzəldi, "Neftçi"yə gəlmədi - BU DA SON!

Yeni mövsümdə "Neftçi"nin Futbol Akademiyasına kimin rəhbərlik edəcəyi hələ də məlum deyil

İki ay öncə Cemal Bülbüllə yolları ayıran "ağ-qaralar" bu posta Tolqa Şanbayı gətirmək istəsə də, tərəflər arasında danışıqlar son anda pozulub.

Türkiyəli funksioner başqa təkliflər aldığını bildirərək, "ağ-qaralar"ın akademiyasının koordinatoru vəzifəsini tutmaqdan vaz keçib. O, bundan sonra Türkiyə Futbol Federasiyasında fəaliyyət göstərəcək.

45 yaşlı Şanbay karyerası ərzində "Altınordu", "Kayserispor", "BB Erzurumspor" kimi klublarda koordinator kimi çalışıb.

"Neftçi" son 3 ildə burada işləmiş Cemal Bülbülü əvəzləmək üçün hazırda üzünü Avropaya çevirib. Mümkün namizədlər arasında İspaniya, Portuqaliya və Xorvatiyadan olan mütəxəssislər yer alır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 08:50 "Qarabağ" üçün FOTOLAR
5 Sentyabr 03:50 "Lənkəran"dan transfer