
Azərbaycanlı müdafiəçi Turan Manafovun “Stellenboş”la rəsmi müqaviləyə imza atması yubanır.
İyulda Cənubi Afrika Respublikasına yola düşən həmyerlimiz bir aydan çoxdur sözügedən ölkədədir. Lakin bu günə qədər klub onun keçidini açıqlamayıb.
Səbəb yerli orqanların Turana yaşamaq üçün müvəqqəti icazə sənədini vaxtında verməməsidir.
Problem artıq öz həllini tapıb.
27 yaşlı cinah oyunçusu tələb olunan sənədi iki gün əvvəl əldə edib.
Afrika qitəsinə getdiyi gündən “Stellenboş”la məşq edən Manafovun ad-soyadı qarşıdakı matçın iştirak ərizəsinə daxil ediləcək və rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq.
“Stellenboş” növbəti görüşünü “Orlando Pirates” ə qarşı keçirəcək. Ölkə kubokunun final qarşılaşması sentyabrın 13-də keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ