İtaliyalı ulduz limitə düşdü, “Qarabağ”ın ürəyi rahat olsun!

İtaliyalı ulduz limitə düşdü, “Qarabağ”ın ürəyi rahat olsun!

“Liverpul”un yarımmüdafiəçisi Federiko Kyeza Çempionlar Liqasının əsas mərhələsi üçün iştirak ərizəsinə daxil edilməyib.

Bu o deməkdir ki, 27 yaşlı italiyalı futbolçu mövsümün əsas klub turnirini ya tribunalardan, ya da televiziyadan izləyəcək.

Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, Kyezanın iştirak ərizəsindən kənarda qalmasının səbəbi UEFA-nın legioner limitidir.

Qaydalar “Liverpul”a klub akademiyasından olmayan maksimum 17 futbolçunu siyahıya salmağa icazə verir. Kyeza bu limitə düşə bilməyib.

Mersisayd təmsilçisi liqa mərhələsindəki ilk oyunu sentyabrın 17-də “Enfild”də keçirəcək. Rəqib isə “Atletiko” olacaq. Arne Slotun komandası bu mərhələdə son oyununu yanvarın 28-də, evdə “Qarabağ”a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 09:40 "Qarabağ"da yeni anlaşma