
"Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində rəqiblərindən olan "Kopenhagen" itki ilə üzləşib.
Sportinfo.az xəbər verir ki, bu barədə Danimarka klubu məlumat yayıb.
Bildirilib ki, 26 yaşlı yarımmüdafiəçi Magnus Mattsson ciddi zədə aldığı üçün qarşıdakı oyunları buraxmalı olacaq.
Azərbaycan çempionu "Kopenhagen"lə oktyabrın 1-də Bakıda Tofiq Bəhramov adına stadionda qarşılaşacaq.