"Futbolçular Azərbaycan xalqını sevindirmək istəyir"

5 Sentyabr 00:30 Milli komanda 211
"Futbolçular Azərbaycan xalqını sevindirmək istəyir"

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də “Lauqardalsvollur” stadionunda keçiriləcək İslandiya - Azərbaycan oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Fernandu Santuş jurnalistlərin suallarını cavablandırıb.

Sportinfo.az sizi Santuşun oyunöncəsi fikirləri ilə tanış edir:

“Sabah seçmə mərhələnin ilk oyununa çıxacağıq. Hamı birinci matçında uğurlu nəticə qazanmaq istəyir.

Rəqibi təhlil etmişik, çox yaxşı təşkilatlanıb. Topa sahib olmağı xoşlayan komandadır.

İslandiya millisi haqqında bütün məlumatları futbolçularımıza çatdırmışam. Oyunboyu təslim olmurlar, futbolçuları yerli publikanın dəstəyini daim hiss edirlər.

Çox yaxşı çempionatlarda çıxış edən təcrübəli oyunçuları var. Millinin əsasını ölkə xaricində oynayanlar təşkil edir.

Amma biz də qələbə qazanmağa çalışacağıq. Sabahkı görüşə tam hazır olacağıq.

Əsas odur ki, futbolçularımız çox istəklidirlər, tam şəkildə kökləniblər. Hər biri Azərbaycan xalqını qələbə ilə sevindirmək istəyir.

Əminliklə deyə bilərəm ki, həm sabah, həm də qarşıdakı matçlarda futbolçularımız qələbə qazanmaq, tarix yazmaq üçün əllərindən gələni edəcəklər".

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 08:50 "Qarabağ" üçün FOTOLAR
5 Sentyabr 03:50 "Lənkəran"dan transfer