"Qarabağ"a dərs olan hadisə - Qurbanovun anında verilən qərarı

4 Sentyabr 22:20 Qarabağ 919
"Qarabağ"a dərs olan hadisə - Qurbanovun anında verilən qərarı

Qurban Qurbanov arxada qalan yay "Qarabağ"da yenilənməyə getdi.

Eyni anda sağ cinah, orta xətt, hücum mövqeyində çıxış edən kifayət qədər önəmli adlar müxtəlif səbəblərdən göndərildi.

Haqlı narahatlıq vardı - Görəsən, yenilənən "Qarabağ" necə olacaq?

Avrokuboklarda arxada qalan 6 matç bu səbəbdən sıxıntı az olmadı. Amma yekunda alınan nəticə yerində verilən qərar olduğunu göstərdi.

Məncə, elə hər budəfəki kütləvi dəyiş-düyüş yox, amma ayrılıqlar, yeni qan mütləq lazımdır.

Bu sarıdan ötən mövsüm Ağdam klubuna yaxşı dərs oldu.

Belə ki, bəlkə də ilk dəfə ötən mövsümün əvvəli "Qarabağ" bütünlüklə qorundu.

Benziya, Juninyo, Yankoviç və bir neçə başqa isim yaxşı təkliflərə rəğmən heyətdə saxlandı.

Məqsəd ÇL-in əsas mərhələsində iştirak etmək idi.

Bəs nəticə?

Komanda pley-offda dayandı.

Avropa Liqasının əsas mərhələsində məğlubiyyətləri sıraladı.

Vəziyyəti düzgün təhlil edən Qurban Qurbanov təcili dəyişiklərə getdi.

Uğura ac futbolçular heyətə cəlb olundu.

Bu da xoş sonluqla bitən nəticəsi.

Deməli, təcrübəli mütəxəssis məğlubiyyətlər sonrası "təcrübə qazanırıq, böyüyürük" sözünü boşuna demir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 09:40 "Qarabağ"da yeni anlaşma