Kerem “Fənərbaxça”nı ÇL-dən uzaqlaşdırdı - NƏTİCƏLƏR

28 Avqust 2025 01:10 Çempionlar Liqası 749
Kerem “Fənərbaxça”nı ÇL-dən uzaqlaşdırdı - NƏTİCƏLƏR

Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, cavab oyunları çərçivəsində bu gün son 4 görüş keçirilib.

“Qarabağ” Macarıstan “Ferentsvaroş”una evdə uduzsa da, mərhələ adlamağı bacarıb.

Türkiyədə qolsuz heç-heçə edən “Fənərbaxça” Portuqaliyada “Benfika” ilə qarşılaşıb. Sabiq “Qalatasaray”lı Kərəm Aktürkoğlunun 35-ci dəqiqədə vurduğu yeganə qol “Fənərbağça”nı ÇL-dən kənarda qoyub.

Türkiyə təmsilçisinin 16 mövsüm sonra Çempionlar Liqasının əsas mərhələsinə adlamaq arzusu yenə gerçəkləşməyib.

Qarabağ (Azərbaycan) – Ferentsvaroş (Macarıstan) 2:3
İlk oyun – 3:1

Benfika (Portuqaliya) – Fənərbaxça (Türkiyə) 1:0
İlk oyun – 0:0

Kopenhagen (Danimarka) – Bazel (İsveçrə) 2:0
İlk oyun – 1:1

Brügge (Belçika) – Reyncers (Şotlandiya) 6:0
İlk oyun – 3:1

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti