"Everton"də zədə aldı, millimizə qarşı forma geyinməyəcək

4 Sentyabr 2025 22:40 Milli komanda 491
"Everton"də zədə aldı, millimizə qarşı forma geyinməyəcək

DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turunda Azərbaycan millisinin qonağı olacaq Ukrayna yığmasının heyətində dəyişiklik edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi Vitali Mikolenko zədəli olduğu üçün heyətdən çıxarılıb. "Everton"un (İngiltərə) müdafiəçisi klubunda zədə alıb.

MRT müayinəsindən keçən futbolçunun oynamağa hazır olmadığı məlum olub. Buna görə də baş məşqçis Sergey Rebrov rotasiya etmək məcburiyyətində qalıb.

O, Mikolenkonun əvəzinə milliyə Kiyev "Dinamos"undan Vladislav Dubinçakı dəvət edib.

Ukrayna millisi sentybarın 5-də Fransanı qəbul edəcək, sentyabrın 9-da isə Azərbaycan millisinin qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...