Yeni baş məşqçisinin adı bilindi - “Fənərbaxça”nın

4 Sentyabr 15:40 Türkiyə 908
Yeni baş məşqçisinin adı bilindi - “Fənərbaxça”nın

Çempionlar Liqasından kənarlaşdırıldıqdan sonra portuqaliyalı mütəxəssis Joze Mourinyonu istefaya göndərən “Fənərbaxça” yeni baş məşqçi axtarışında son mərhələyə çatıb.

Sportinfo.az “Milliyet”-ə istinadən xəbər verir ki, klub rəhbərliyi bir neçə namizədi nəzərdən keçirsə də, böyük ehtimalla, yerli mütəxəssis İsmail Kartalın üzərində dayanılacaq.

Türkiyə mətbuatına görə, klub rəhbərliyi əvvəllər Sebastyan Höness, Roje Şmidt, Angelos Postekoqlu və Luçano Spaletti kimi məşqçilərlə də maraqlanıb.

Ancaq qərar İsmail Kartalın yenidən komandaya gətirilməsi yönündə formalaşıb. Onun təyinatının bu gün təsdiqlənəcəyi gözlənilir.

Kartal “Fənərbaxça”nı daha əvvəl üç dəfə çalışdırıb – 2014–2015, 2022 və 2023–2024-cü illərdə.

Onun İstanbul təmsilçisi ilə qazandığı yeganə titul 2014-cü ildəki Türkiyə superkubokudur. O, həmçinin, “Sivasspor”u birinci liqada çempion edərək, elitaya yüksəltmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 08:50 "Qarabağ" üçün FOTOLAR
5 Sentyabr 03:50 "Lənkəran"dan transfer