Kiyev “Dinamo”sunun müdafiəçisi Bakıya gəlmədi

4 Sentyabr 2025 11:00 Hadisə 610
Kiyev “Dinamo”sunun müdafiəçisi Bakıya gəlmədi

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibi Ukrayna yığmasında dəyişiklik edilib.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Aleksandr Timçik heyətdən çıxarılıb.

Buna səbəb Kiyev “Dinamo”sunun futbolçusunun zədələnməsidir. Baş məşqçi Sergey Rebrov onun əvəzinə “Polissya”dan ehtiyat heyətdə adı yer alan Boqdan Mixayliçenkonu əsas heyətə cəlb edib.

Ukrayna millisi sentyabrın 5-də Vrotslavda Fransa ilə, dörd gün sonra isə Bakıda Azərbaycan yığması ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti