
Türkiyə millisinin və “Qalatasaray”ın futbolçusu Yunus Akgünün DÇ-2026-nın seçmə mərhələsində Gürcüstanla qarşılaşacağı oyun üçün təlim-məşq toplanışından paylaşdığı şəkil marağa səbəb olub.
Sportinfo.az xəbər verir ki, o paylaşdığı şəkildə komanda yoldaşı Kerem Aktürkoğlunu fotoşopla silib.
Buna səbəb isə Kerem Aktürkoğlunun “Fənərbaxça”ya transfer olması göstərilib.
Kerem Aktürkoğlunun “Fənərbaxça”ya transferi rəsmiləşəndə “Qalatasaray” futbolçularından Yunus Akgün, Abdülkerim Bardakçı və baş məşqçisi Okan Buruk sosial şəbəkələrdə Keremi Aktürkoğlunu izləmədən çıxarmışdı.