“Qarabağ” üçün 8 rəqib - ÇL-in Liqa mərhələsində

“Qarabağ” üçün 8 rəqib - ÇL-in Liqa mərhələsində

"Ferensvaroş"u (Macarıstan) mübarizədən kənarlaşdırmaqla Çempionlar Liqasında Liqa mərhələsinə adlayan "Qarabağ"ın rəqiblərinin müəyyənləşəcəyi vaxt bəlli olub.

Sportinfo.az xəbər verir ki,yarışın Liqa mərhələsinin püşkü avqustun 28-də Monako şəhərində atılacaq.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Tədbirdə "Qarabağ" klub rəhbərliyi səviyyəsində təmsil olunacaq.

Liqa mərhələsində "Qarabağ"ın 8 rəqibi olacaq. Ağdam təmsilçisi oyunlardan 4-nü evdə, 4-nü isə səfərdə keçirəcək.

ÇL-in əsas mərhələsində 36 komanda iştirak edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
27 Avqust 17:30 Çək və bizə göndər!