“Azərbaycanaı öz səfərimlə bağlı qərarı ayrıca verəcəm”

5 Sentyabr 05:00 Sizdən Bizə 2 134
“Azərbaycanaı öz səfərimlə bağlı qərarı ayrıca verəcəm”

Rusiya nümayəndə heyəti MDB Oyunları ilə əlaqədar Azərbaycana səfər edəcək.

Sportinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Mixail Deqtyarev danışıb.

Nazir bildirib ki, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ona dəvət ünvanlayıb:

“Nümayəndə heyətimiz Bakıya səfərə hazırlaşır. Orada MDB Oyunları keçiriləcək.

Azərbaycanın idman naziri cənab Qayıbov məni şəxsən dəvət edib. Lakin öz səfərimlə bağlı qərarı ayrıca verəcəyəm”.

Azərbaycanda sentyabrın 28-dən oktyabrın 8-dək III MDB Oyunları keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar