“Qarabağ” 10 legionerin razılığını aldı, fəqət… Transfer bazarının gizlinləri açıldı!

11:40 Qarabağ 1 542
“Qarabağ” 10 legionerin razılığını aldı, fəqət… Transfer bazarının gizlinləri açıldı!

"Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Səkkiz turdan ibarət mərhələnin üçün sifariş vərəqində 24 futbolçu yer alıb.

Joni Montiel və Aleksey İsayevin adı siyahıya daxil edilməyib.

Ağdam klubu heyətini genişləndirmək üçün son anadək özünü oda-közə vurub. Saytımız bununla əlaqəli kifayət qədər maraqlı məlumat əldə edib.

Redaksiyamıza məlum olub ki, Azərbaycan çempionu avqustun 20-dən sentyabrın 2-dək 10 legionerlə davamlı danışıqlar aparıb.

Yəni ki, yalnız Juninyo Olavio ilə Sambu Sumano «köhlən atlar»ın gündəmində yer almayıb. Onlarla yanaşı, müxtəlif ölkələrdən 8 əcnəbi ilə görüşmələr gedib.

Məsələnin bir özəlliyi də budur ki, Qurban Qurbanovun bəyəndiyi oyunçuların hamısı Azərbaycana gəlməyə razılıq verib. Bir neçə nəfər hətta şəxsi müqavilə sənədlərinə imza atıb.

Problemi məxsus olduqları klublar çıxarıb. Hərəsi bir bəhanə gətirib.

Kimi qiyməti dəfələrlə qaldırıb, kimi müqavilənin davam etməsini əsas gətirib və təzminat mövzusuna girməyib, kimi də yeni mövsümə iddialı başlamaq istədiklərini söyləyərək, «Qarabağ»ın təklifinə soyuq yanaşıb.

Komanda Liqa mərhələsində “Liverpul” (İngiltərə), “Benfika” (Portuqaliya), “Napoli” (İtaliya) və “Atletik”lə (İspaniya) səfərdə, “Çelsi” (İngiltərə), “Ayntraxt” (Almaniya), “Ayaks” (Niderland) və “Kopenhagen”lə (Danimarka) evdə qarşılaşacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti