Braziliyalı baş məşqçi “Gəncə”də işə başladı

5 Sentyabr 2025 02:50 Voleybol 753
Braziliyalı baş məşqçi “Gəncə”də işə başladı

"Gəncə" voleybol klubunun baş məşqçisi Rafael Petri Azərbaycana gəlib.

Sportinfo.az xəbər verir ki, braziliyalı mütəxəssis artıq komandanı ilk məşq çıxarıb.

"Gəncə" ilə yeni mövsümə iddialı başlamağı hədəfləyən Petri hazırda voleybolçuları qarşıdakı yarışlara hazırlayır.

44 yaşlı çalışdırıcı ötən mövsüm Perunun “Alianza Lima” klubunu ölkə çempionu edib. Bu, komandanın 31 ildən sonra qazandığı ilk titul olub.

Petry karyerası ərzində Braziliya, Portuqaliya, İspaniya, Kolumbiya və Çexiyada müxtəlif klublarda fəaliyyət göstərib.

O, həmçinin Kolumbiyanın U-17, U-18 və U-20 yığmalarını çalışdırıb, 2020–2022-ci illərdə isə Meksika millisinin baş məşqçisi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb