“Neftçi”dən vacib suala cavab gəldi: “Bizi onlarla müqayisə etmək düzgün deyil”

4 Sentyabr 21:20 Neftçi 356
“Neftçi”dən vacib suala cavab gəldi: “Bizi onlarla müqayisə etmək düzgün deyil”

“Neftçi”nin işləri taraz getmir.

Mövsümə “Şamaxı” heç-heçəsi ilə başlayıb (1:1), “İmişli” ilə qolsuz barədə qalan “ağ-qaralar” sonuncu oyunda “Turan Tovuz”a məğlub oldu – 0:1.

Bakılıların məşqçi və futbolçu heyəti verdikləri açıqlamalarda qələbəsizliyin səbəbini kollektivin yeni olması və zamana ehtiyac duyulması ilə əlaqələndirir.

Yeni kollektivə qalsa, “Karvan”la “İmişli”, hətta “Sumqayıt” da ciddi dəyişikliklərə məruz qalıb, yeni baş məşqçilərlə ayyarım birlikdə olublar.

Bəs, onlar niyə qələbə qazanır, turnir cədvəlində “Neftçi”dən öndə dayanır?

Paytaxt təmsilçisinin müdafiəçisi Murad Xaçayev sualımıza maraqlı tərzdə cavab verdi:

“Adlarını çəkdiyiniz komandalar müdafiə futbolu sərgiləyir, “2-ci nömrə” ilə oynayır. “Neftçi” isə hücum futbolu nümayiş etdirir, meydanda daim dominantlıq etmək barədə düşünür.

Bizi onlarla müqayisə etmək düzgün deyil. Bizdə məsuliyyət və cavabdehlik hissi daha çoxdur.

Belə olduğu halda isə təzyiq yaranır, bəzən istədiklərini edə bilmirsən. Yüksək səviyyəli futbolçularımız var. Bir qələbədən sonra vəziyyət kökündən dəyişəcək”.

Premyer Liqanın 3-cü turundan sonra aktivində 2 xal olan “ağ-qaralar” “Şamaxı” ilə 9-10-cu pillələri bölüşür.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 09:40 "Qarabağ"da yeni anlaşma