Türkiyə millisi səfərdə Gürcüstana qalib gəldi

00:00 Türkiyə 115
Türkiyə millisi səfərdə Gürcüstana qalib gəldi

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, E qrupunda yer alan Türkiyə səfərdə Gürcüstan millisi ilə qarşılaşıb.

Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu, sözügedən qrupun komandaları arasında ilk oyun olub.

Matçın 3-cü dəqiqəsində hesabı Türkiyə millisinin müdafiəçisi Mert Müldür açıb. Oyunun 41-ci və 52-ci dəqiqələrində isə Kerem Aktürkoğlu fərqlənərək dubla imza atıb.

Gürcüstan yığmasının oyunçusu Zuriko Davitaşvili 63-cü dəqiqə topu rəqib qapısından keçirib.

Türkiyə millisinin futbolçusu Barış Yılmaz matçın 71-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydanı tərk edib.

Görüşün 90+8-ci dəqiqəsində isə meydan sahiblərinin vingeri Xviça Kvaratsxeliya fərqi minimuma endirib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 09:40 "Qarabağ"da yeni anlaşma