
Argentina millisinin və “Atletiko”nun hücumçusu Niko Qonsalesin keçmiş həyat yoldaşı Paloma Silbersberq televiziya şousunda verdiyi açıqlama ilə tamaşaçıları şoka salıb.
Sportinfo.az xəbər verir ki, o, futbolçunun xəyanətini təsadüfən İtaliyadakı evlərində quraşdırılmış müşahidə kameraları vasitəsilə öyrəndiyini söyləyib.
Paloma hələ də elektron poçtu üzərindən həmin kameralara giriş imkanına malik olub və oradan Nikonun başqa bir argentinalı qadınla qonaq otağında və hovuz kənarında vaxt keçirdiyini görüb.
Paloma sübutları izlədikdən sonra futbolçunu bütün sosial şəbəkələrdə bloklayaraq həyatının bu səhifəsini bağladığını bildirib.
Maraqlıdır ki, Niko Qonsales keçmiş həyat yoldaşının bu etirafını birbaşa efirdə öyrənib və həqiqət açıqlanandan sonra onunla əlaqə saxlamaq imkanı olmayıb.
Argentina millisi ilə DÇ-2022-nin qalibi olan futbolçu transfer pəncərəsinin son günündə icarə əsasında "Yuventus"dan “Atletiko”ya keçib.