
"Seçmə mərhələyə qələbə ilə başkamağın nə qədər vacib olduğunu bildirik.
Mütləq qalib gəlməliyik. Vəziyyət budur".
Sportinfo.az xəbər verir ki, bu sözləri DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda sabah millimizi qəbul edəcək İslandiya yığmasının üzvü Viktor Palsson ölkəsinin mətbuatına açıqlamasında deyib.
Danimarkanın “Horsens” klubunun müdafiəçisi bildirib ki, Azərbaycan millisi 3 xal almalı olduqları rəqibdir:
"Bizdə həqiqətən çox ümidverici və yaxşı bir heyət var ki, lazım olanı edib qələbə qazana bilək. Xüsusilə də evdə oynayarkən.
Ümid edirəm ki, ab-hava yaxşı, stadion dolu olacaq və biz həqiqi bir performans göstərə biləcəyik.
Bu, mütləq qələbə qazanmalı olduğumuz’ bir oyundur. Məncə, hər kəs bu məqsədlə oyuna çıxacaq. Biz çox yaxşı hazırlaşmışıq".
Sabah Reykyavikdə keçiriləcək İslandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 2:45-də başlayacaq.