III MDB Oyunlarının Təşkilat Komitəsinin 3-cü iclası keçirildi

5 Sentyabr 2025 04:10 Hadisə 447
III MDB Oyunlarının Təşkilat Komitəsinin 3-cü iclası keçirildi

Baş nazirin müavini Samir Şərifovun sədrliyi ilə III MDB Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin 3-cü iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyinin nəzdində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Oyunlara hazırlıq işləri barədə təqdimatları dinlənilib.

Eyni zamanda hava limanı əməliyyatları, nəqliyyat, təhlükəsizlik, uniforma, akkreditasiya, brendinq, tədbirlər, mükafatlandırma, bilet sistemi, logistika, iaşə xidmətləri, təmizlik və tullantıların idarə olunması; inzibati işlər, insan resursları və işçi qüvvəsi, III MDB Oyunları könüllülər proqramı, məkanların idarə olunması, media xidmətləri və kommunikasiya, informasiya texnologiyaları və yayım, idman əməliyyatları, açılış və bağlanış mərasimlərinə hazırlıq, idman qurğularının Oyunlara hazırlığı istiqamətlərində aparılan işlər barədə məlumat verilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi