“Məncə, baş məşqçi buna görə ondan yaxa qurtarmaq qərarına gəlib”

4 Sentyabr 21:40 İngiltərə 124
“Məncə, baş məşqçi buna görə ondan yaxa qurtarmaq qərarına gəlib”

“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq futbolçusu Pol Skoulz qapıçı Canluici Donnarummanın “Mançester Siti”yə keçidi haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, italiyalı futbolçunun “şəhərlilər”ə uyğun olmadığını söyləyib:

“Pep Qvardiola üçün qəribə transfer. Donnarummanı bəyənirəm, onu “Mançester Yunayted”ə dəvət edərdim.

Bununla belə, Qvardiola demək olar ki, yarımmüdafiə xəttində oynamaq üçün qapıçı tələb edir. Amma Donnarumma ayaqları ilə ən yaxşı qolkiper deyil.

Məncə, Luis Enrike (PSJ-nin baş məşqçisi) ona görə ondan yaxa qurtarmaq qərarına gəlib. Mən Donnarummanı “Mançester Siti”nin qapıçısı kimi görmürəm”.

26 yaşlı qolkiper sentyabrın 2-də PSJ-dən “Mançester Siti”yə keçib. Tərəflər 2030-cu ilin ortalarına qədər olan müqavilə imzalayıblar.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 09:40 "Qarabağ"da yeni anlaşma