Adı “Qarabağ”la yanaşı hallanan məşhur hücumçu İran klubunda

4 Sentyabr 16:20 Hadisə 1 404
Adı “Qarabağ”la yanaşı hallanan məşhur hücumçu İran klubunda

"Hatayspor"dan ayrılan Vensan Abubakarın yeni klubunun adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, bir ara adı “Qarabağ”la yanaşı hallanan kamerunlu forvard karyerasını İranda davam etdirəcək.

Bu barədə "Africafoot" məlumat yayıb.

Abubakar "İsteqlal"la anlaşıb. 33 yaşlı forvard Tehran klubu ilə 1+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Hatayspor" Vensan Abubakarı ötən ilin sentyabr ayında "Beşiktaş"daən transfer etmişdi.

Kamerun millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 08:50 "Qarabağ" üçün FOTOLAR
5 Sentyabr 03:50 "Lənkəran"dan transfer